Accessibility links

Suriya ABŞ-ın onun ölkəsinin suverenliyini pozduğunu deyir


Suriya Birləşmiş Ştatları İraq sərhədinə yaxın ərazidə 8 mülki vətəndaşın ölümülə nəticələnmiş reyd keçirməkdə günahlandırıb. Suriya Xarici İşlər Nazirliyi insidenti müzakirəsi etmək üçün Amerika və İraqın nümayəndələrini nazirliyə çağırıb. Suriya bu əməliyyatı təcavüz aktı və ölkənin suverenliyinin pozulması kimi qiymətləndirib. ABŞ-ın İraqdakı hərbi qüvvələri hadisə ilə bağlı heç bir məlumata malik olmadıqlarını bildirirlər. Birləşmiş Ştatlar hökuməti nə hücumu təsdiq edib, nə də Suriyanın iddilarına cavab verib. Suriya bildirir ki, bazar günü Amerikanın dörd vertolyutu Əbu Kamal şəhərinə reyd təşkil edib.

XS
SM
MD
LG