Accessibility links

Vaşinqtonda iyirmiliyin sammiti keçiriləcək


Birləşmiş Ştatlar bildirir ki, gələn həftə maliyyə böhranı ilə bağlı Vaşinqtonda keçiriləcək sammit ərəfəsində bəzi razılıqlar əldə olunub. Ağ Ev sözçüsü Dana Perino deyir ki, ABŞ maliyyə təlatümünün qarşısını almaqda Avropa Birliyinin rəhbərliyi ilə eyni dəyərləri bölüşür. Birlyin liderləri dünən bildiriblər ki, Noybarın 15-də Vaşinqtonda keçiriəcək görüş zamanı onlar daha sərt nizamlamaların və Beynəlxalq Valyuta Fonduna əlavə səlahiyyətlərin verilməsinə tərəfdar çıxacaqlar. Onlar həmçinin növbəti 100 gün ərzində ikinci sammitin keçirilməsini istəyirlər. Hakimiyyəti tərk etmək olan Buş administrasiyası isə sammitdə öz üzərinə öhdəlik götürməyə meyl göstərmir.
XS
SM
MD
LG