Accessibility links

İsrail ordusu ilə Fələstin yararqlıları arasında sərhəd boyu atışma olub


Beş ay müddətində atəşkəsi təhlükə qarşısında qoyaraq, bu gün Israil hərbi qüvvələri ilə Fələstin yaraqlıları arasında Qəzza sərhəddi boyu atışma başlayıb. Döyüşlər zamanı İsrail tərəf hava qüvvələrinin köməyi ilə Qəzzanın şimalındakı silahlıları hədəf alıb. Qəzza rəsmilərinin məlumatında isə İslami Cihad yaraqlı qrupunun iki üzvünün öldürüldüyü bildirilir.

Bu gün eləcə də Qəzza yaraqlıları tətəfindən İsrailin cənubundakı Şderot şəhərinin raket atəşinə məruz qaldığı bildirlir. Qeyd edək ki, tərəflər arasında qarşıdurmalar keçən həftə İsrail ordusu tərəfindən Gəzza ərazisindəki tunelin sıradan çıxarılmasından sonra başlayıb. İsrail tərəf Fələstin yaraqlılarının İsrail əsgərlərini oğurlayarkən tuneldən istifadə edə biləcəyini deyir.

XS
SM
MD
LG