Accessibility links

Iraq parlamenti ABŞ–İraq təhlükəsizlik paktını təsdiq etdi


İraq parlamenti Birləşmiş Ştatlar ordusunun 2011-ci ilin sonuna qədər İraqda qalması barədə ABŞ –İraq təhlükəsizlik paktını təsdiq etdi. Parlamentin qanunvericiləri səslərini bu gün əl qaldırmaqla veriblər. Səsvermə şiə liderlərin sünnilərlə onların tələb etdikləri siyasi islahatlar barədə razılıq əldə etdikdən sonra həyata keçirilib. Birləşmiş Ştatlarla İraq arasındakı bu təhlükəsizlik paktı İraqın üç prezidentdən ibarət şurası tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minəcək.

XS
SM
MD
LG