Accessibility links

Barak Obama:‘Amerikalılar iqtisadi vəziyyəti  nəzarət altına alacaq’


ABŞ-ın növbəti prezidenti Barak Obama iki milyon iş yerinin itirilməsinə səbəb olan iqtisadi tənəzzülə baxmayaraq, amerikalıların iqtisadi vəziyyəti yenidən nəzarət altına alacaqlarına ümid bəslədiyini deyib. Həftəlik radio müraciəti zamanı Barak Obama iqtisadi durumun bir çox amerikalının məyusluğuna yol açdığını, lakin iqtisadi yardım paketlərinin onların yenidən işlə təmin edilməsi və Amerikanın qüdrətinin artırılmasına xidmət edəcəyini deyib. ABŞ-ın yeni prezidenti bildirib ki, əhatəli səylər çərçivəsində enerjiyə qənaət edən ictimai binalar, yollar və infrakstrukturun bərpası, habelə məktəb binalarının yeniləşdirilməsi həyata keçiriləcək. Barak Obama deyib ki, bu səylərə 2.5 milyon yeni iş yerinin təsisi və vergi ödəyənlərin milyardlarla dollar vəsaitinin qənaət edilməsi də daxildir.

XS
SM
MD
LG