Accessibility links

Yunanıstanda zorakılıqlar davam edir


Keçən həftənin şənbə günü Yunanıstanda polisin güllə ilə bir yeniyetməni öldürməsindən sonra üçüncü gündür polislə etirazçılar arasında toqquşmalar baş verir. Bu gün bir qrup qəzəbli gəncin ölkənin şimal Salonika şəhərində etiraz aksiyası keçirdiyi bildirilir. Nümayişlərin Yunanıstanın digər şəhərlərində də keçirildiyi xəbər verilir. Almaniyanın Berlin şəhərində isə nümayişçilər 15 yaşlı gəncin qətlinə etiraz olaraq Yunanıstan konsulluğunu ələ keçirib. Hal-hazırda Afinada gərgin bir sakitliyin hökm sürdüyü deyilir. Şahidlərin dediyinə görə, dünən minlərlə nümayişçi Salonika şəhərində hökumət bimalarına və bir neçə banka hücum etmişlər.

XS
SM
MD
LG