Accessibility links

Israil diplomatik səylərə başlayıb


İsrail Həmasın nəzarəti altındakı Qəzza Zolağından ərazilərindəki kəndlərə raket hücumlarına qarşı hərbi əməliyyatlarına bəraət qazandırmaq üçün diplomatik səylərə başlayıb. İsrailin BMT-dəki elçisi Qabriela Şalev təşkilatın baş katibi Pan Gi Muna ünvanladığı məktubunda beynəlxalq icyimaiyyəti bu məsələdə mövqeyini bildirməyə çağırıb. İsrail diplomatları eləcə də, məsələnin geniş müzakirəsi ücün həmkarları ilə yığıncaq keçirmək istəyirlər. Xatırladaq ki, qarşıdurma 6 ay bundan əvvəl Həmasla əldə edilən atəşkəs razılığının başa çatmasından sonra, keçən həftənin cümə günündən başlayıb. İsrailin hava qüvvələri dünən Fələstin yarqlılarının raket hücumlarına qarşı Qəzzanın şimalında hərbi əməliyyatlar keçiriblər.

XS
SM
MD
LG