Accessibility links

Çində iğtişaşlar gözlənilir


Çinin rəsmi Şinhua xəbər agentliyinin jurnalında sərt idarə olunan ölkədə artan etiraz aksiyalarına dair nadir yazı dərc olunub. “Baxış” məcmuəsində nəşr edilən və qeyri-adi bədbin tonu ilə fərqlənən yazıda xəbərdarlıq edilir ki, qlobal maliyyə böhranı Çində ictimai qəzəbə səbəb ola bilər. Bu tendensiya özünü ələlxüsus işsiz miqrantlar və tələbələr arsında büruzə verə bilər. Jurnalın hesabatı Çində sosial etiraz dalğaları haqda reportajlar hazırlayan jurnalistlərin çoxlu sayda müsahibələrinə əsaslanır. Hökumət bunları “kütləvi insident” adlandırır. Yazının müəllifi Huanq Huo deyir ki, 2009-cu il ərzində Çin cəmiyyətində ciddi təlatümlər yaşanacaq ki, bu da Kommunist partiyasının idarəçiliyini sınaq qarşısına qoyacaq.
XS
SM
MD
LG