Accessibility links

Rusiya Ermənistana silah-sursat bağışladı


Dağlıq Qarabağ münaqişəsində vasitəçilik edən ATƏT-in Minsk Qrupunun ən ziddiyyətli oyunçularından biri, heç şübhəsiz, Rusiyadır. Ən azı ona görə ki, münaqişə keçmiş Sovet İttifaqının iki subyekti arasındadır və Rusiya onun ilkin hərbi-diplomatik mərhələsində bu və ya digər dərəcədə iştirakçı olub.

Bundan əlavə, Rusiya Ermənistanda hərbi bazalara, Azərbaycanda isə Radar stansiyasına malikdir.

Bu günlərdə isə Bakıda Rusiyanın Ermənistana yeni silahlar ötürməsi barədə məlumatlar geniş müzakirə olunur. Bu məlumatlara görə, Moskva 800 milyon dollar məbləğində silah-sursatı Gümrü şəhərindəki 102 saylı hərbi bazasından Ermənistana təmənnasız olaraq bağışlayıb. 69 adda silah və texnikanın siyahısı artıq mətbuatda dərc olunub və Rusiya Müdafiə Nazirliyi tərəfindən də təsdiqlənib.

Bu məsələyə etiraz edən Azərbaycanın müstəqil soyasətçiləri və ekspertlər hesab edirlər ki, beynəlxalq təşkilatlar faktla bağlı həm Rusiyaya, həm də Ermənistana ciddi təpki göstərməlidir. Rəsmi Bakı isə öz növbəsində buna görə Kremldən izahat istəməli, digər lazımi addımlar atmalıdır.

Politoloq Rasim Musabəyov məsələ ilə bağlı “Amerikanın səsi”nə bunları deyib:

“Rusiya bu silahları Ermənistana pulsuz verir. Bunu yalnız bir cür qiymətləndirmək olar ki, Rusiya ikili siyasət aparır: Bir tərəfdən sülhdən danışır, o biri yandan da silahları Azərbaycan torpaqlarını işğal edən Ermənistana verməklə, faktiki olaraq, bu ölkə ilə birgə Azərbaycan torpaqlarının işğalında iştirak edir. Fərz edirəm ki, Azərbaycan rəhbərliyi Rusiyanın bu yaramaz siyasətindən nəticə çıxaracaq və bu nəticə heç də Moskvanın istədiyi kimi olmayacaq”.

XS
SM
MD
LG