Accessibility links

ABŞ prezidenti Ağ Evdə son mətbuat konfransını keçirdi


ABŞ prezidenti Corc Buş bu gün Ağ Evdə hakimiyyətə olduğu müddət özünün son mətbuat konfransını keçirdi. Cənab Buş xarici və iqtisadi siyasət sahəsində tənqidləri rədd edərək, administrasiyanı müdafiə edib. Jurnalistlər üçün geniş mətbuat konfransında ABŞ prezidenti Ağ Evə artıq iqtisadi yavaşıma şəraitində gəldiyini və indi iqtisadi tənəzzül vaxtı hakimiyyətdən getdiyini bildirdi. Cənab Buş maliyyə bazarlarında problemi həll etmək üçün “fövqəladə tədbirlər” görüldüyünü dedi.Xarici siyasət sahəsinə gəldikdə,Yaxın Şərqdə vəziyyətin müzakirəsinə geniş yer verən prezident Buş İsrail və Fələstinlilərin yaraqlı qrupu Həmas arasında “davamlı sülh”ə çağırdı. Cənab Buş administrasiyasını Fələstin dövlətinin yaradılması çağırışlarını bir daha dilə gətirdi.Jurnalistlərin sullarını cavablandıran ABŞ prezidenti hakimiyyəti dövrü səhvləri haqda da danışdı. Prezident Buş 2003-cü ildə İraqda hərbi əmliyyatların bitdiyini elan edərkən “Missiya bitib” şüarının arxcada yerləşdirilməsinin səhv olduğunu bildirdi. Cənab Buş bunun yanlış mesaj göndərdiyini dedi.Prezident Buş hakimiyyətdən yanvarın 20-i ABŞ-ın növbəti prezidenti Barak Obamanın 44-cü prezident kimi andiçməsindən sonra gedəcək.

XS
SM
MD
LG