Accessibility links

Qırğızıstan ABŞ-ın hərbi bazasını bağlaya bilər


Qırğızıstan hökumətindən mənbələr bildirir ki, ölkə prezidenti Kurmanbek Bakıyev ABŞ-ın Əfqanıstanda hərbi əməliyyatlara dəsmək məqsədi istifadə etdiyi hərbi hava bazanı bağlamağı planlaşdırır. Prezidentə yaxın rəsmilərin sözlərinə görə, o, Manas bazasının bağlanması barədə rəsmi bəyanat hazırlayıb. Mərkəzi və Cənubi Asiyadakı əməliyyatlara cavabdeh olan ABŞ komandiri General Deyvid Petreus bu gün deyib ki, bazanın bağlanması barədə heç bir plan yoxdur. O, Mərkəzi Asiyaya səfəri çərçivəsində Tacikistanda olan zaman jurnalistlərə açıqlama verib. Cənab Petreusun Qırğızıstana gedəcəyi də gözlənilir. Rusiya mətbuatı yazır ki, Qırğızıstan prezidenti bir həftə sonra Moskvaya səfərindən əvvəl bazanın bağlanmasını açıqlayacaq. Rusiya ordu rəsmiləri ABŞ və NATO qüvvələrinin Mərkəzi Asiyada mövcudluğundan narahatdır.
XS
SM
MD
LG