Accessibility links

Barak Obama bu gün Respublikaçılar Partiyasının liderləri ilə görüş keçirib


ABŞ prezidenti Barak Obama bu gün Nümayəndələr Palatası və Senatda müxalif Respublikaçılar Partiyasının liderləri görüş keçirib. Görüşlər zamanı onun təklif etdiyi 825 milyard dollarlıq iqtisadi stimullaşdırma paketi müzakirə edilib. Görüşdən sonra prezident planın təsdiq ediləcəyinə dair nikbinliyini bildirsə də, onun hər bir qanunverici tərəfindən dəstəklənəcəyini gözləmədiyini deyib. Respublikaçı qanunvericilər 250 milyard vergi ixtisarı və 550 milyardlır məsrəfləri nəzərdə tutan bu böyük məbləğli planın əleyhinə çıxış edir. Məsrəflərə ictimai xidmətlər layihəsi, yollar və körpülərin təmiri daxildir. Burada həm də elm, energetika və digər sahələrə də xərclər nəzərdə tutulur.Respublikaçılar planda azgəlirli amerikalılar üçün ailə planlaşdırması da daxil edilməklə, bir neçə lazımsız təşəbbüsün yer aldığını deyir.

XS
SM
MD
LG