Accessibility links

Tom Dəşl gəlir vergilərində səhvlərə görə üzr istəyib


ABŞ-ın səhiyyə naziri vəzifəsinə nominasiya olunmuş Tom Dəşl onu 140 000 dollar məbləğində cərimə ödəməyə məcbur etmiş vergi səhvlərinə görə üzr istəyib. Dəşl bu gün açıqladığı məktubunda dərin təəssüf hissi keçirdiyini və vergilərlə əlaqədar Senatın heyətinin bütün suallarına cavab verməyə hazır olduğunu bildirib. O deyib ki, prezident Barak Obamanın keçid hökuməti kabinetdə vəzifələrə namizədlərin irəli sürüldüyü zaman vergilərdə səhvlərə işarə etmişdi. Tom Dəşlin bildirdiyinə görə, onun üç il bundan əvvəl hazırladığı vergi deklarasiyalarında maşına texniki baxış və xeyriyyə məqsədilən iyanələrlə əlaqədar səhvlər olub. Tom Dəşl Senatın maliyyə komitəsi qarşısına bu gün çıxmalıdır. Komitədə onun vəzifəyə təsdiqilə bağlı səsvermədən sonra Senat tam tərkibdə səsvermə keçirəcək.

XS
SM
MD
LG