Accessibility links

Kərkükdə polis patruluna hücum edilib


İraq rəsmilərinin bildirdiyinə görə, bu gün Kərkük şəhərində yol kənarına yerləşdirilmiş bomba partlayışı bir nəfərin yaralanmasına səbəb olub. Məlumatda deyilir ki, naməlum şəxslər tərəfindən həyata keçirilmiş hücumda hədəf polis patrulu olub. Lakin nə hücumun səbəbləri, nə də yaralananın polis işçisi və ya mülki vətəndaş olması barədə məlumat verilməyib. Kərkük şəhərində müxtəlif etnik qruplar yaşayır ki, onların hər biri bu ərazinin siyasi gələcəyi haqda fərqli baxışlara malikdir. Regionda yaşayan kürdlər buranın Kürd muxtariyyatı, ərəblər və türkmənlər isə ərazinin İraqın mərkəzi hökumətinin nəzarəti altında olmasını istəyirlər.

XS
SM
MD
LG