Accessibility links

ABŞ-ın Cənubi Asiya üzrə nümayəndəsi Əfqanıstana yola düşüb


ABŞ-ın Cənubi Asiya üzrə nümayəndəsi Riçard Holbrukun Əfqanıstan səfəri öncəsi hərbi qüvvələr Kabilə yerləşdirilib. Ciddi təhlükəsizlik tədbirlərinə baxmayaraq, Holbrukun səfəriKabildə üç hökumət binasına qarşı sinxron hücumlar vaxtına təsadüf edir.Hadisələr 26 nəfərin ölümü, 60 adamın yaralanmasına səbəb olub.

Əfqanıstan rəsmiləri 8 nəfərin kamikadze hücumu cəhdi zamanı həlak olduğunu bildirir. Hücumlardan az sonra “Amerikanın səsi” və digər xəbər agentliklərinə zəng edən Taliban sözçüsü Zabiulla Mücahid hücumların ədliyyə nazirini hədəf aldığını bildirib. Nazirin heç bir xəsarət almadığı xəbər verilir.

Ədliyyə və Təhsil nazirlikləri, habelə həbsxanaya qarşı hücumlar ABŞ və BMT tərəfindən kəskin tənqid edilib. BMT-nin baş katibi Pan Gi Mun bunu mülki vətəndaşlara qarşı dəhşətli cinayət və insan hüquqlarına dərin ehtiramsızlıq adlandırıb.


XS
SM
MD
LG