Accessibility links

Ricard Holbruk:'Pakistan və Əfqanıstan Vaşinqtona nümayəndə heyəti göndərəcək '


ABŞ-ın Pakistan və Əfqanıstan üzrə xüsusi nümayəndəsi Riçard Holbrukhər iki ölkənin gələn həftə Amerikanın regional strategiyasının araşdırılması məqsədi ilə Vaşinqtona nümayəndə heyəti göndərəcəyini bildirib. Holbruk Əfqanıstan münaqişəsinin İraq müharibəsi ilə müqayisədə daha mürəkkəb olduğunu deyib.

“Əfqanıstan Amerika tarixində ən uzunmüddətli hərbi müdaxilə olub və bunun yaxın zamanda başa çatacağı gözlənilmir”-deyə Ricard Holbruk bildirib. O,Pakistan rəsmilərinin Taliban döyüşçüləri ilə Svat vadisində şəriət qanunlarının tətbiqinə dair əldə etdiyi razılığın onu çaşdırdığı və narahat etdiyini deyib.

ABŞ-ın Pakistan və Əfqanıstan üzrə xüsusi nümayəndəsiRiçard HolbrukƏfqanıstan, Pakistan və Hindistan səfərindən yenicə qayıdıb. Səfərin məqsədi Obama administarsiyasının regional strategiyasını tanıtmaq idi.

XS
SM
MD
LG