Accessibility links

İraq deputatı məhkəməyə çəkilə bilər


İraq rəsmiləri iki il əvvəl parlament binasına bomba hucumunun təşkilində ittiham olunan sünni deputatın toxunulmazlıq huqüqundan məhrum edilməsilə əlaqədar qanunverici orqana rəsmi sorğu göndərib.

İraq hərbi sözçüsü general mayor Qasım Atta deyib ki, hökumət iki sabiq mühafizəçinin etirafları əsasında deputat Məhəmməd-əl Dayninin məhkəməyə cəlb olunmasını istəyir.

Mühafizəçilər 2002-ci ildə sünni ərəb deputat, Milli dialoq partiyasından olan Məhəmməd Avadın ölümü ilə nəticələnən bomba hücumu da daxil olmaqla, parlamentə hücum və digər aksiyaların deputat tərəfindən dəstəkləndiyini təsdiqləyiblər.

Bu gün keçirilən mətbuat konfransında hərbi rəsmilər mühafizəçilərin instintaqının lent yazısını açıqlayıblar.

Sorğu-suala çəkilənlərdən biri deputat Dayninin yaxın qohumudur.

XS
SM
MD
LG