Accessibility links

"Xarabalıq milyonçusu" ilin ən yaxşı kino-filmi mükafatını aldı


Los Anjelesdə Hollivudda Oskar mükafatlarının təqdimatı mərasimində Hindistan çəkilmiş "Xarabalıq milyonçusu" kino-filmi ilin ən yaxşı filmi ilə yanaşı, digər kateqoriyalarda mükafatlar alıb.

Britaniyalı aktrisa Keyt Vinslet "Qiraətçi" kino-filmində ifa etdiyi baş rola görə ən yaxşı aktrisa kateqoriyasında Oskara layiq görülüb.

Amerika aktyoru Şon Penn isə "Milk" filmində Birləşmiş Ştatlarda homoesksualların hüquqlarının ilk müdaifəçisi olmuş Harvi Milkin roluna görə ən yaxşı aktyor kateqoriyasında Oskar mükafatı alıb.

Ən yaxşı kişi tərəfmüqabil kateqoriyasında Oskar mükafatı "Qara Cəngavər" flimndə Coker roluna görə keçən il dünyasını dəyişmiş 28 yaşlı aktyor Hİf Lecerə verilib.

İspan aktrisası Penelopa Kruz "Viki Kristina Barselona" kino-filmində roluna görə ən yaxşı qadın tərəfmüqabil kateqoriyasında Oskara layiq görülüb.

Yaponiya istehsalı olan "Vidalar" filmi ən yaxşı xarici kino-film kateqoriyasında Oskar mükafatı alıb.

XS
SM
MD
LG