Rusiyanın sabiq neft maqnatı Mixail Xodorkovski maliyyə cinayəti ittihamı üzrə yeni məhkəmə araşdırması üçün Sibir həbsxanasından Moskvaya köçürülüb.
Moskva Şəhər məhkəməsinin sözçüsü Anna Usaçova köçürülmə barədə məlumatı təsdiqləyib.
O deyib ki, Xodorkovskinin həmkarı, fəaliyyəti dayandırılmış Yukos şirkətinin rəhbəri Platon Lebedev də yeni ittihamla əlaqədar araşdırmaya cəlb olunmaq üçün Moskvaya köçürülüb.
Məhkəmə sözçüsünün məlumatına görə, proses martin 3-də başlayacaq.