Accessibility links

İsraillilər girov saxlanılan əsgərin azad edilməsini tələb edirlər


İsraillilər Fələstindəki Həmas yaraqlıları tərəfindən oğurlanan əsgərin azad edilməsi tələbi ilə yürüş keçirirlər. Yüzlərlə israilli ölkənin baş nazirinin iqamətgahı qarşısına toplaşaraq, fələstinli yaraqlılar tərəfindən girov saxlanan İsrail əsgəri Gilad Şalitin azad edilməsinə çağırmışlar. Gilad Şalit 3 il bundan əvvəl İslamçı Həmas qrupu tərəfindən İsraillə Qəzza arasındakı sərhəddə oğurlanıb. İsrail əsgərini girov götürən Həmas onu intiharçı bomba hücumlarında əli olanlar da da daxil edilməklə, azı 1000 nəfər fələstinli dustaqla dəyişdirməyi tələb edir. İsrail hökumətinin bu tələbi rədd etməsinə baxmayaraq, İsrail vətəndaşları bunun yerinə yetirilməsinə çağırırlar. İsrail əvvəlcə dustaqların birtərəfli qaydada dəyişdirilməsinə razılıq versə də, İsrail təhlilçiləri bunun terrorçuların şantajlarını artırmasına gətirib çıxaracağını deyirlər.

XS
SM
MD
LG