Accessibility links

Şimali Koreyada iki Amerika jurnalisti nəzarət altına alınıb


Cənubi Koreya mətbuatının yazdığına görə, Şimali Koreyada iki Amerika jurnalisti nəzarət altına alınıb. Onların Çinlə sərhəd Yalu çayı ərazisində Şimalın çəkilişi dayandırmaq göstərişinə riayət etmədiklərinə görə tutulduğu deyilir. İki qadın jurnalist Online xəbər agentliyinin əməkdaşıdır.

Diplomatik mənbələrin dediynə görə, ABŞ Dövlət Departamenti məsələyə müdaxilə edəcək. İnsident ABŞ və Şimali Koreya arasında münasibətlərin gərginləşdiyi vaxt baş verib. Belə ki, bu kommunist ölkəsi gələn ay fəzaya peyk göndərəcəyini bəyan edib.

Amerika Birləşmiş Ştatları ilə Çənubi Koreya Şimalın peyk adı altında uzunmənzilli raket sınağı həyata keçirmək niyyətində olduğunu bildirir. Şimali Koreyanı isə ABŞ-la Cənubun birgə hərbi təlimləri qəzəbləndirib.


XS
SM
MD
LG