Accessibility links

Benyamin Netanyahu İsraildə koalisiya hökuməti təşkil edir


İsrailin ultra-dindar partiyası Şas ölkəyə baş nazir seçilmiş Benyamin Netanyahunun təşkil etdiyi koalisiya hökumətinə qoşulması barədə razılıq imzalayıb. Şas partiyası bu gün ultra millətçi Yisrael Beyteynu və cənab Netanyahunun başçılıq etdiyi sağçı - Likud partiyaları ilə birlikdə parlamentdəki 120 yerin 53-nü əldə edib. İsrail mediasının bildirdiyinə görə, daxili işlər naziri vəzifəsinə Şas partiyasının sədri Eli Yisainin təyin ediləcəyi barədə razılıq əldə edilib. Şasın ümumilikdə dini məsələlər və ev idarəsi daxil olmaqla, 4 nazir portfelinə nəzarət edəcəyi deyilir. İsrail prezidenti Şimon Peres Benyamin Netanyahuya koalisiya hökumətinin təşkili üçün aprel ayının 3-dək vaxt verib.

XS
SM
MD
LG