Accessibility links

Pakistanda həyata keçirilən intiharçı hücumu 50 nəfərin ölümünə səbəb olub


Pakistan rəsmiləri Əfqanıstanla sərhəd Camrudməscidində həyata keçirilən intiharçı hücumunun 50 nəfərin ölümünə səbəb olduğunu bildirirlər. İntiharçının bombanı bu gün çox sayda insanın məscidə cümə ibadətinə toplaşdığı vaxt partlatdığı deyilir. Rəsmilər 70 nəfərin də yaralandığını xəbər verirlər. Bu bomba hücumu Pakistanın şimal-qərbində Əl-Qaidə və Taliban yaraqlılarının fəaliyyətdə olan Xeybər regionunda yol verilən zorakılıqların sonuncusudur.

XS
SM
MD
LG