Accessibility links

ABŞ məhkəməsi İran əleyhinə qərar çıxarıb


ABŞ məhkəməsi İranın İsrail əsgərinin ailəsinə 25 milyon dollar təzminat ödəməsi haqda qərar çıxarıb. Həmin əsgər Fələstinli militant qrupu olan Hamas tərəfindən girov götürülmüş və qətlə yetirilmişdi. Amerika və İsrail vətəndaşlığını daşıyan Nakson Vaksman 1994-cü ildə israilin Lod şəhərində maşın gözləyərkən oğurlanmışdı. Onun ABŞ vətəndaşları olan ailəsi Hamasa təlim və yardım verən İranı məsul bilərək bu ölkəni məhkəməyə vermişdilər. İran məhkəmə işinə cavab verməyib və Vaşinqton dairə məhkəməsi Cümə günü avtomatik əsgərin ailəsinin xeyrinə qərar çıxarıb. Hamas militantları Vaksmanın buraxılması müqabilində Hamas məhbuslarının azadlığa buraxılmasını tələb etmişdilər. İsrail əsgərləri Vaksmanı xilas etmək istəyərkən 3 girovdar və girov əsgər qətlə yetirilmişdi.
XS
SM
MD
LG