Accessibility links

NATO-Rusiya münasibətlərində gərginlik qalır


NATO-nun 60 illiyi ilə əlaqədar alyansın aprelin 4-5–də Almaniyada keçiriləcək yubiley sammiti ərəfəsində, Rusiyada bu Qərb təşkilatından narazılıqlar qalmaqdadır.

Onsuz da bəzi Şərqi Avropa ölkələrinin NATO-ya üzvlüyündən narahat olan Moskva, Alyansın keçmiş Sovet məkanında genişlənməsinə də qarşı çıxır, belə ki, NATO-nun sıralarına qəbul etmək istədiyi Ukrayna və Gürcüstan Rusiya ilə birbaşa sərhədə yerləşir.

Martın əvvəlində NATO-nun xarici işlər nazirləri Rusiya ilə hələ ötən ilin avqustunda Gürcüstan müharibəsi üzündən donmuş münasibətlərini yenidən canlandırmağı qərarlaşdırdılar. Qərarı alqışlayanlar arasında Rusiyanın NATO-dakı səfiri Dmitri Roqozin də var idi.

Raqozin deyir ki, ölkəsi NATO-nun qərarına müsbət yanaşır və avqust hadisələri ilə əlaqədar Alyanlsın qəbul etdiyi qərarın düzəldilməsi ilə bağlı çətinlikləri
anlayır.

NATO-nun indi Rusia ilə yaxınlaşma səylərinə baxmayaraq Rusiyada hələ də NATO ilə bağlı narazılıqlar qalmaqdadır.

Moskva xüsusilə, Gürcüstan və Ukraynanın Alyansa qoşulacağından narahatdır.

Baş nazir Vladimir Putin hələ prezident olarkən NATO-nun Ukraynaya raketlər yerləşdirdiyi təqdirdə, Rusiyanın nüvə raketlərinin Ukraynanı hədəf alacağı ilə hədələmişdi.

Ötən ilin iyun ayında isə Putin Kiyevə habelə müdafiə sənayesi sahəsində ölkələrarası əməkdaşlığı dayandıra biləcəyi barədə xəbərdarlıq etmişdi.

Martın 12-də Çexiya, Polşa və Macarıstanın NATO-ya üzlüyünün 10 illiyi mərasimində çıxış edən baş katib Yaap de Hoop Şeffer isə Alyansın genişlənməsinin Avropanın təhlükəsizliyi və demokratiyanın möhkəmlənməsi strategiyasının bir hissəsi olduğunu deyib.

“Rusiya ilə NATO-nun əlaqələri çox mühümdür : NATO-nun genişlənməsi, raketdən müdafiyə və Kosovo ilə bağlı problemlərə bu münasibətləri qurban vermək olmaz” - deyə Şeffer vurğulayıb.

Ancaq təhlilçilərə görə, bu əməkdaşlıq hamıdan çox Moskva üçün vacibdir.

Müstəqil hərbi ekspert Pavel Felqehauverin fikrincə, avtoritar ölkə kimi Rusiya ABŞ və NATO-ya təzyiq etməklə, əslində özünə imtiyazlar qazanmaq istəyir.

O deyir ki, Əfqanıstandakı hərbi əməliyyatlar bu rıçaqlardan yalnız biridir.

Felqenhauverə görə, Obama Administrasiyasının xarici siyasətində ən vacib məsələ Əfqanıstan cəbhəsində uğur əldə etməkdir.

Çünki bir çox hallarda Rusiya Amerika qüvvələrinin Əfqanıstana keçidinin qarşısını almaq imkanındadır.

Ancaq ekspertə deyir ki, belə görünür ki, Moskva Amerikanın regionda mövcudluğunu artıq qəbul edir, buna baxmayaraq, Kremlin əlində təsir alətləri də qalmaqdadır.

Hər halda, belə təsirlərdən biri Rusiyanın yaxınlarda Qırğızıstana 2 milyard dollarlıq yardım ayırması idi.

Məhz bu yardım Qırğız hökumətinin ölkədəki hərbi hava bazasını Amerika qüvvələrinin üzünə bağlamasının səbəblərindən biri olub.

Moskva habelə ABŞ-ın Mərkəzi Avropada raketdən müdafiə sistemi quraşdırmasının əleyhinə təbliğat aparır. Baxmayaraq ki, prezidenlər Buş və Obama bu siestemlərin Rusiyanı deyil, məhz İranı hədəf alacağını dəfələrlə elan ediblər.

Cənab Obama açıq şəkildə bildirib ki, o, Rusiya ilə yaxşı münasibətlərin tərəfdarıdır:

“Dediyim kimi, biz münasibətlərimizi sıfırdan başlamalı, yaxud yenidən canlandırmalıyıq. Rusiya bizim Polşa və Çex Respublikası kimi ölkələrin müstəqilliyi və təhlükəsizliyi ilə əlaqədar öhdəliklərimizi başa düşməlidir. Başqa tərəfdən, bizim birqə qayğılarımız mövcuddur."

Amerika, Rusiya və NATO-nun yüksək səviyyəli rəsmiləri hər üç tərəflərin nüvə silahı, terrorizm və narkoticarətlə mübarizə kimi məsələlərdə əməkdaşlıq əzmində olduqlarını bildiriblər.

XS
SM
MD
LG