Accessibility links

ABŞ əsgərinin iraqlı məhbusu öldürdüyü təsdiqləndi


ABŞ hərbi məhkəməsi bir əsgəri 2007-ci ildə 4 iraqlı məhbusu edam üsulu ilə öldürməkdə günahkar bilib. ABŞ kiçik çavuşu Jozef Meyo bu gün əvvəlcədən düşünülmüş qətl həyata keçirməkdə və bu qətlin konspirasiyasında təqsirləndirilib. Meyonu ömrlük həbs cəzası gözləyir və bu hökmün bu gün çıxarılacağı gözlənilir. İnsident Meyo İraqa göndərilən zaman baş verib. O, 4 İraq əsgərini başının arxa nahiyəsindən odlu silahla vurub öldürməkdə və daha sonra onların cəsədlərini Bağdad kanalına atmaqda ittiham olunan 7 əsgərdən biridir. Fevral ayında hərbi məhkəmə çavuş Maykl Lihini də eyni ittihamlarla ömrlük azadlıqdan məhrum etmişdi.
XS
SM
MD
LG