Accessibility links

Sabah BMT-nin sponsorluğu ilə Əfqanıstan konfransı təşkil edilir


Sabah mart ayının 31-i BMT-nin sponsorluğu ilə bir günlk Əfqanıstan konfransı təşkil ediləcək. Görüş İran da daxil edilməklə, tərəfdarşlar və rəqibləri bir araya gətirəcək. Dünya ölkələrinin liderləri Əfqanıstanda sabitliyin bərqərar edilməsinə dair beynəlxalq səyləri artıqmağa çalışır. Amerika Birləşmiş Ştatlarını sammitdə dövlət katibi Hillari Klinton təmsil edir. ABŞ prezidenti Barak Obamanın açıqladığı yeni strateji planda Əfqanıstanın silahlı qüvvələrinə təlimlər verilməsi üçün 4000 və gələn bir neçə ay ərzində isə 17000 əsgərdən ibarət hərbi qüvvənin Əfqanıstana göndərilməsi nəzərdə tutulur. Prezident Obama regional diplomatiyanın gücləndiriləcəyi, Əfqanıstan və Pakistanda Əl-Qaidənin məğlub ediləcəyinə vəd verib. Haaqa konfransında çıxış edənlər arasında Əfqanıstan prezidenti Həmid Karzay da olacaq.

XS
SM
MD
LG