Accessibility links

Rusiya  hərbi yüklərin Əfqanıstana daşınmasını ABŞ-la müzakirə etməyə hazırdır


Rusiya bir daha bildirib ki,Əfqanıstanda NATO qüvvələrinə Rusiya ərazisi ilə silahların mümkün nəqli haqda Birləşmiş Ştatlarla danışıqlara hazırdır.Xarici İşlər nazirliyinin sözçüsü Andrey Nesterenko Moskvanın məsələ ilə bağlı əməkdaşlıq istəyini bir daha təkrarlayıb.Qərbdən Əfqanıstana qeyri-hərbi yüklərin nəqli fevral ayında başlayıb.Eyni zamanda, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov silah nəqlini Moksva və NATO arasında əlaqələrin normallaşdırılması məsələsilə əlaqələndirib. Alyans Rusiya ilə hərbi əməkdaşlığı 2008-ci ilin avqustunda Moksvanın Gürcüstana müdaxiləsindən sonra dayandırıb.

XS
SM
MD
LG