Accessibility links

İranda seçkiöncəsi azərbaycanlılalara qarşı təzyiqlər artıb


İranda prezident seçkiləri yaxınlaşdıqca, ölkədə milli haqları uğrunda mübarizə aparan azərbaycanlılalara qarşı da siyasi təzyiqlər artmaqdadır.

Bunu “Amerikanın səsi”nə müsahibəsində Güney Azərbaycan məcmuəsinin Baş redaktoru Cavidan Elbars bəyan edib.

Cənab Elbars seçkiöncəsi vəziyyət və ölkənin birinci postu uğrunda rəqabətdə azərbaycanlıların iştirak imkanlarını şərh edib.

O deyib ki, hazırda İran iqtisadi böhranın təsirləri ilə qarşılaşıb və ölkə rəhbərləri diqqəti bu proseslərdən yayındırmaq üçün, süni böhran yaradırlar.

Seçkiyə qatılan Azərbaycan əsilli namizədlər ölkədəki azəri türklərinə yalan siyasi vədlər verirlər:

“Lakin onlara heç kəs inanmır. Əvvəllər də belə vədlər olub, amma axırda bizə qalan həmin aş, həmin kasa olub”.

Elbars deyib ki, seçkiöncəsi ən çox milli haqları uğrunda mübarizə aparan azərbaycanlılara qarşı təzyiqlər artıb. Belə ki, onlar incidilir və həbs edilirlər:

“Təzyiqlərin bir səbəbi də adi insanları döyərək, onlara göz dağı verərək, seçkidə səslərini almaqdır”.

Baş redaktor mətbuatın üzləşdiyi problemlərdən də danışıb.

O deyib ki, Əhmədinecat prezident olduqdan sonra İranda azərbaycanlıların hüquqlarından bəhs edən müstəqil mətbu orqan qalmayıb.

XS
SM
MD
LG