Accessibility links

Çin Pxenyanın hərəkətlərini pisləməkdən imtina edir


Çin BMT Təhlükəsizlik Şurasını Şimali Koreyanın fəzaya raket buraxmasına sərt cavab verməməyə çağırır və Pxenyanın hərəkətlərini pisləməkdən imtina edir.

Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Janq Yu bu gün deyib ki, bu məsələ ölkələrin dinc fəza proqramı inkişaf etdirməsi hüququ ilə bağlıdır.

Yaponiyanın xarici işlər naziri Hirofumi Nakasone isə deyib ki, Şimali Koreya yalnız özünün nüvə proqramına son qoyacağı halda fəza texnologiyasını inkişaf etdirmək hüququna malik ola bilər.

O deyib ki, Yaponiya özünə qarşı hüvə hücumunda istifadə oluna biləcək raket texnologiyasını təhlükəli hesab edir.

XS
SM
MD
LG