Pakistanda 3 millətçi liderin öldürülməsi ilə bağlı gərginliklərin
artdığı bir vaxt ölkənin cənub-qərbində ölənlərin sayının çoxaldığı bildirilir.
Bəlucistandakı Pakistan polisi bildirir ki, onlar regional paytaxt Quetta yaxınlığındakı
şəhərdən etnik azlığın 6 nümayəndəsinin cəsədini tapıblar.Rəsmilərin sözlərinə
görə, bu gün Quettada baş verən digər zorakılıq zamanı silahlı şəxslər polis və
bir mülki vətəndaşı qətlə yetirib. Bəlucistandakı siyasi qrup 3 bəluc liderin
öldürülməsinə etiraz olaraq bu həftə kütləvi tətillərə çağırıb. Nümayişçilər
ölüm məlumatını alandan sonra şəhərdə iğtişaş qaldırıblar.