Accessibility links

ABŞ ekspertləri Şimali Koreyanı tərk etdi


ABŞ-ın 4 nüvə eksperti bu gün Şimali Koreyanı tərk edib. Onlar rejimin nüvə silahsızlaşdırılması ölçülərini monitorinq edən müfəttişlərin ölkədən çıxması barədə qərarından sonra bu addımı atıb. Dünən bir qrup BMT eksperti Yanqbyondakı nüvə obyektində bütün möhürləri və girəcəkdəki kameraları sökdükdən sonra ölkəni tərk ediblər. Şimali Koreya hökuməti BMT Pxenyanın aprelin 5-də fəzaya raketi buraxmasını ittiham edən bəyanat açıqlayandan sonra inspektorları deportasiya edib. Ölkə habelə altı-tərəfli danışıqlarda iştirakı dayandırdığını və silah növlü plutonium maddəsini yenidən istehsal etməyi planlaşdırdığını bəyan edib.
XS
SM
MD
LG