Accessibility links

Tbilisidəki nümayişlərdə zorakılıqlar baş verib


Gürcüstan mediasının məlumatında bildirilir ki, Tbilisidə naməlum şəxslərlə artıq 20 gündür hökumətə qarşı etiraz əlaməti olaraq çadırlarda qalanlar arasında qarşıdurma baş verib. Gürcüstan televiziyası ilə obyektiv məlumat verməməkdə günahlandırılaraq, müxbirlərin nümayişçilər tərəfindən hücumlara məruz qaldıqları nümayiş etdirilib. Bundan əlavə, bir nümayişçinin üzünün qana bulaşdığı göstərilib. Prezident Mixail Saakaşvilinin istefasını tələb edən nümayişçilər onu keçən ilin avqust ayında Rusiya ilə 5 gün davam edən münaqişədə günahlandırır.

Bunlarla yanaşı bu gün Moskva Gürcüstanla sərhəd bölgədə keşikçi postunu tərk edərək, Gürcüstandan siyasi sığınacaq istəyən rus əsgərinin qaytarılmasını tələb edib.

XS
SM
MD
LG