Accessibility links

Dövlət Departamentinin hesabatına Bakıdan reaksiya


ABŞ Dövlət Departamenti terrorizmlə bağlı dünya ölkələrində 2008-ci ildəki vəziyyəti əks etdirən hesabatında vurğulanır ki, Əl-Qaida hələ də Qərb üçün ən böyük terror təhlükəsidir, İran isə terrorizmi dəstəkləyən ən fəal ölkədir.

Sənəddə Azərbaycanın terrorizmlə mübarizəni dəstəkləməsi ümumilikdə, yüksək qiymətləndirir. Belə ki, ölkə ABŞ-ın Əfqanıstan və İraqdakı sülhməramlı əməliyyatlarına dəstək verib.

Lakin bəzi naharatlıqlar da sadalanır. Departament xatırladır ki, Azərbaycan terrorçuluqda şübhəli bilinən fərdlərin və qruplaşmaların siyahısını yerli banklara təqdim etməsinə baxmayaraq, ölkədə terrorizmin maliyyələşdirməsinə qarşı qanunvericilik layihəsi hazırlansa da, hələ qəbul edilməyib.

Avropa Şurasının Çirkli Pulların Yuyulması və Terrorçuluğun Maliyyələşdirilməsi Əleyhinə Ekspertlər Komitəsi - MONEYVAL Azərbaycanda bu sahədəki vəziyyətə mənfi qiymət verib.

Maraqlıdır ki, hesabatda Azərbaycanda Çirkli Pulların Yuyulması və Terrorçuluğun Maliyyələşdirilməsi sahəsində konkret hansı risklərin olmasından bəhs edilmir.

“Amerikann səsi” radiosu bu barədə mövcud problemi aydınlaşdırmaq üçün Azərbaycan parlamentinin Müdafiə və Təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının üzvü, Zahid Oruca müraciət edib.

Millət vəkili Departamentin hesabatındakı iradları köhnəlmiş sayır:

“Cəmi bir neçə ay öncə Azərbaycan parlamentində bu sahədə qənunvericilik aktı qəbul edildi. Düzdür, məhz həmin adla olmasa da, hər halda, qanunvericiliyin bütün müddəaları maliyyələrin mənşəyinin sorulması, şübhə doğuran maliyyələrin üzərinə gedilməsi və bunlardan ötürü maliyyə kəşfiyyatı adlı qurumun təsis olunmasını özündə ehtiva edir. Bu baxımdan düşünürəm ki, Azərbaycanın üzərinə hər hansı bir qınağın yaxud da ki qeydin olunmasına yol verilməyəcək”.

Zahid Oruc onu da deyib ki Azərbaycan MDB formatında antiterror məqsədli müxtəlif qanunvericilik təşəbbüslərinə qoşulub, o cümlədən terror əlehyinə qanun Azərbaycanda var.

XS
SM
MD
LG