Accessibility links

ABŞ prezidenti əhalini donuz qripinə qarşı əsaslı tədbirlər görməyə çağırıb  


ABŞ Prezidenti Barak Obama A-H1N1 adlanan donuz qripinin əvvəlcə təxmin edildiyi qədər təhlükəli olmadığını deməklə yanaşı bunu da qeyd edib ki, virus tezliklə yayıla bilər. O qripə yoluxmuş bir nəfərin xəstəliyi çoxlu adama yoluxdura biləcəyini xatırladıb. ABŞ Prezidenti əhalini əlini yumaq və xəstələnmiş uşaqları evdə saxlamaq kimi əsas tədbirlərə fikir verməyə çağıraraq ölkənin ilin sonlarında güclü qrip sezonuna hazırlanmalı olduğunu deyib .
Bu arada Honq Konqda Meksikalı turistən virusun yoluğduğu 300 nəfərin qaldığı mehmanxanada qarantin ləqv edilib.

XS
SM
MD
LG