Accessibility links

Rusiyada 9 May Qələbə günü qeyd edilir


Rusiyada bu gün İkinci Dünya müharibəsində nasist Almaniya üzərində qələbənin 64-cü ildönümü qeyd edilir.Bu münasibətlə Sovet İttifaqının dağılmasından 18 il sonra Qızıl meydanda silahlı qüvvələrin ikinci möhtəşəm nümayişi olub.

Keçən illə müqayisədə bu il nümayişdə əlavə min əsgər iştirak edirdi. Burada daha çox sovet dövrünün tankları və təyyarələri göstərilirdi. Lakin bu il əsas yenilik Rusiyanın hərbi arsenalında olan S-400 raketlərdən müdafiə sistemlərinin nümayiş etdirilməsi oldu. Bəzi ekspertlərin fikrincə, bu, Amerikanın eyni sistemi olan Patriotla müqayisədə daha inkişaf etdirilmiş texnologiyadır.

Doqquz min əsgər nümayişdə ölkənin Ali Baş komandanı, prezident Dmitri Medvedi “ura” sədaları altında alqışlayırdı.

Cənab Medvedev Rusiyanın potensial düşmənlərinə xəbərdarlıq edərək dedi ki, Rusiya vətəndaşlarlna qarşı hər hansı təcavüzə buna münasib olaraq cavab veriləcək və Rusiyanın gələcəyi dinc, müvəffəq və xoşbəxt olacaq.

Sovet dövründən qalmış onlarla ağır tank və raket Qələbə günü münasibətilə paradda Qızıl meydandan keçdi. 2007-ci ildə istifadəyə verilmiş S-400 raketlərdən müdafiə sistemi bu il ictimaiyyət qarşısında debyütünü edirdi.

Rusiya hərbi dəniz qüvvələrinin təqaüddə olan vitse-admiralı Aleksandr Pobojnı Amerikanın səsinə bu sistemin Amerikanın Patriot sistemi ilə eyni kateqoriyada olduğunu deyib. O, Rusiyanın sisteminin daha güclü olduğunu desə də, bunun hərbi balansı pozmayacağını bildirib.


XS
SM
MD
LG