Accessibility links

Vladimir Putin Yaponiyaya gedir


Rusiyanın baş naziri Vladimir Putin bu həftə Yaponiyaya səfəri zamanı o ölkə ilə nüvə razılığı əldə ediləcəyini bildirib. Baş nazir bu açıqlamanı dünən Moskvada Yaponiyanın mətbuat nümayəndələri ilə söhbəti zamanı verib. Vladimir Putin deyib ki, nüvə razılığı Japoniyanın nüvə yanacağı ehtiyacının 15-25 faizini qarşılayacaq. O,enerji, avtomobil, fəza və kommunikasiya sahələri daxil olmaqla, bir sıra mümkün layihələrin Yaponiyaya təqdim ediləcəyini bəyan edib. Rusiyanın hökumət başçısının Yaponiya səfəri üç gün davam edəcək.


XS
SM
MD
LG