Accessibility links

ABŞ-ın Vaşinqton ştatında  H1N1 virusuna yoluxmuş şəxs dünyasını dəyişib


Səhiyyə rəsmilərinin bildirdiyinə görə, ABŞ-ın Vaşinqton ştatında H1N1 virusuna yoluxmuş şəxs dünyasını dəyişib. 30 yaşlarında olan həmin şəxsin donuz qripinin səbəb olduğu simptomlardan vəfat etdiyi bildirilir. Səhiyyə rəsmilərinin bəyanatında deyilir ki, xəstənin ölümünə ürək çatışmazlığı və pnevmoniya səbəb olub. Amerika Birləşmiş Ştatlarında H1N1 donuz qripi səbəbi ilə artıq 3 adam vəfat edib.

Ümumdünya Səhiyyə Təşkilatı dünyada 3440-dan artıq insanın donuz qripinə yoluxduğunu təsdiq edib.Virusun 29 ölkədə yayıldığı bildirilir

XS
SM
MD
LG