Accessibility links

Roma Papası İsrailin baş naziri ilə görüşüb


Roma Papası İsrailin baş naziri Benyamin Netanyahu ilə özəl görüş keçirib. Suveren Fələstin dövləti ideyasını dəstəkləyən XVI Benediktin mövqeyi İsrail hökumətinin narazılığına səbəb olub. Roman Katolik Kilsəsinin rəhbəri İsrailin sakinlərinin əksəriyyəti ərəblər olan Nazaret şəhərində təşkil edilən messada iştirak edib. Roma Papasının müqəddəs torpaqlara 5 günlük səfəri zamanı keçirdiyi mərasimlərə dünya ölkələrindən on minlərlə insan toplaşıb. Fələstinlilərin prezidenti Mahmud Abbasla görüşən Roma Papası suveren Fələstin torpaqlarına dəstək və Israil-Fələstin münaqişəsində əzizləri qurban gedən isnanlara dərin hüznlə başsağlığı verib.

XS
SM
MD
LG