Accessibility links

Pakistan hökuməti  birlik yaradılması məqsədi ilə kampaniyalar aparır


Pakistan ordusunun ölkənin şimal-qərbində Taliban yaraqlılarına qarşı əməliyyatlarını davam etdirdiyi bir vaxt, hökumət rəsmiləri ölkədə birlik yaradılması üçün ictimai əlaqələr kampaniyası aparırlar. Pakistanın baş naziri Yusuf Raza Gilaninin media vasitəsilə müraciətləri və bəyanatları adi hal olmasa da, indi cənab Gulani bunu demək olar ki, hər gün edir. Son bir neçə gündür ki, Svat vadisində hökumət qüvvələrinin Taliban yaraqlılarına qarşı əməliyyatlarını davam etdirdiyi bir vaxt, bu mətbuat konfransları və bəyanatlar ictimai əlaqələr kampaniyasının tərkib hissəsi olub. Pakistan mediası da hökumətin dediklərini ictimaiyyətə çatdırır.

Bu gün dinşünaslar və dini liderlərin konfransında çıxış edənbaş nazir Gilani Pakistan konstitusiyasının və hökumətin “İslamdan kənar” olduğunu deyən Taliban yaraqlılarını günahlandıraraq, Pakistan hökumətini müdafiə etdi. Cənab Gilani Pakistanda parallel hökumətin mövcudluğunun mümkün olmayacağını dedi. Cənab Gilani eləcə də, ölkədəki dini liderləri terrorizmə qarşı mübarizəyə çağırdı və dedi ki, onlar dinlə eksteremizmin heç bir əlaqəsi olmadığını nümayiş etdirməlidirlər.


XS
SM
MD
LG