Accessibility links

Gürcüstan-Rusiya təhlükəsizlik danışıqları bərpa olunub


Rusiya təmsilçisi və onun Gürcüstanın Rusiya yönümlü separatçı regionlarından olan həmkarları danışıqlardan imtina edəndən bir gün sonra Rusiya və Gürcüstan arasında təhlükəsizlik danışıqları Cenevrədə bərpa olunub. BMT rəsmiləri deyir ki, Rusiya və Cənubi Osetiya və Abxaziyadan olan nümayəndələr bu gün müzakirə aparmaq üçün geri qayıdıblar. Dünən Abxaz təmsilçinin iştirak etməməsi səbəbilə Rusiya və Cənubi Osetiya müzakirəçiləri dünən danışıqları yarımçıq qoymuşdular. Abxaz rəsmilər bildirmişdilər ki, BMT Abxaziyanı Gürcüstanın ərazisi kimi tanımağa son qoyana kimi danışıqları boykot edəcək.
XS
SM
MD
LG