Accessibility links

Gürcüstanda müstəqillik günü nümayişlərlə qeyd edilir


Gürcüstan müxalifətinin on minlərlə tərəfdarı ölkənin müstəqillik gününü qeyd və prezident Mixail Saakaşvilinin istefasını tələb etmək üçün Tbilisidə yürüş keçirib. Əvvəlcədən planlaşdırılmış bugünkü yürüş nümayişlərlə paradın üst-üstə düşməməsi üçün ənənəvi hərbi paradı təxirə salıb. Artıq bir aydan çoxdur ki, etirazçılar Tbilisi küçələrini bağlayıblar. Cənab Saakaşvilini keçən il Rusiya ilə faciəvi müharibəyə və hökuməti qeyri-demokratik siyasətinə görə tənqid edən müxalifət prezidentin istefasını tələb edir. Dünən ABŞ və Avropa Birliyinin açıqladığı birgə bəyanatda Gürcüstan hökuməti və müxalifəti təcili şəkildə qeyd-şərtsiz danışıqlara başlamağa çağırılıb.
XS
SM
MD
LG