Accessibility links

Şimali Koreya daha bir raketini sınaqdan keçirdi


Cənubi Koreyanın Yonhap xəbər agentliyi bildirir ki, Şimali Koreya şərq sahilindən növbəti dəfə qısa mənzilli raket atıb. Bu, bazar ertəsi baş verən nüvə sınağından bəri 6-cı dəfədir ki, kommunist dövləti raket atır. Bir neçə saat öncə Pxenyan BMT Təhlükəsizlik Şurası tərəfindən təxribatlara məruz qaldığı təqdirdə özünümüdafiə ölçüləri götürəcəyini bəyan etmişdi.Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Təhlüksəzilik Şurası tərəfindən atılan antaqonist addım 1953-cü ildə Koreya Müharibəsini bitirən sazişin ləğvi demək olacaq.BMT Təhlüksəzilik Şurasının beş daimi üzvü bağlı qapılar arxasında bir araya gələrək Şimali Koreyanın son atom sınağı ilə bağlı mümkün tədbirləri müzakirə ediblər. Sanksiyalara silah embarqosunun genişləndirilməsi və maliyyə imkanlarına əlavə məhdudiyyətlərin qoyulması daxildir.
XS
SM
MD
LG