Accessibility links

Barak Obama: 'Ekstremizmə qarşı İslam dünyası ilə birgə mübarizə aparmalıyıq'


ABŞ prezidenti Barak Obama deyir ki, Birləşmiş Ştatlar və dünya müsəlmanları ekstremizmin bütün növləri ilə mübarizə aparmaq üçün birgə işləməlidir. Onun sözlərinə görə, AMerika heç vaxt İslam dünyası ilə müharibədə olmayacaq. Ancaq prezident ABŞ-ın təhlükəsizliyini hədələyən zorakı ekstremistlərə qarşı mübarizə aparacağını bildirib. Cənab Obama deyib ki, Əfqanıstandakı vəziyyət Amerikanın məqsədlərini göstərir. “2001-ci il 11 sentyabr hadisələrindən sonra ABŞ qüvvələri beynəlxalq dəstəklə Əl-Qaidə və Talibanın izinə düşüb. Bir sıra ölkələrdə, müsəlmanlar da daxil olmaqla, müxtəlif dinlərin nümayəndələrini öldürən ekstremislərin əməllərinə dözmək olmaz” – deyə prezident Obama bildirib. Ağ Ev sahibinin sözlərinə görə islam dünyanın ən böyük dinidir və bu din sülhün genişlənməsində çox vacibdir.
XS
SM
MD
LG