Accessibility links

Azərbaycan ekspertləri Barak Obamanın çıxışını müsbət qiymətləndirir (Audio)


Barak Obamanın Qahirə Universitetindən dünya müsəlmanlarına müraciəti müsəlman ölkəsi kimi Azərbaycanda da böyük reaksiyalara səbəb olub. Ekspertlər əsasən bu çıxışı müsbət qiymətləndirirək ABŞ-ın müsəlman dünyasına qarşı siyasətində dəyişiklik etməsini alqışlayıblar. Respublikaçı Alternativ İctimai Birliyinin həmtəsisçisi İlqar Məmmədovun sözlərinə görə, ABŞ-la müsəlman dünyası arasında bütün problemləri sadalayan və problemlərin həllinə dair təkliflərini bildirən Barak Obamanın bu müraciəti həm dünyada, həm də Azərbaycanda müsbət qarşılanır. Cənab Məmmədov ABŞ prezidentinin çıxış zamanı təklif etdiyi Amerika ilə İslam dünyasının birbirinə olan münasibətinin dəyişməsi məsələsinə diqqəti çəkib.


Barak Obamanın bugünkü müraciətini ciddi bir addım adlandıran politoloq Vəfa Quluzadə ABŞ-ın siyasətində belə dəyişikliyin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, cənab Obama verdiyi vədləri əzmlə həyata keçirməyə başlasa, dünyada atmosfer yaxşıya doğru dəyişəcək. Ekspert islam və xristian dünyalarının bir-birinə qarşı münasibətinin dəyişməsini yalnız qarşılıqlı əməkdaşlıqda görür.

Vəfa Quluzadə hesab edir ki, kiçik bir dövlət olmasına baxmayaraq, burada Azərbaycanın da böyük rolu ola bilər. O hesab edir ki, hazırda tolerantlıq siyasəti aparan Azərbaycan Barak Obamanın bu təşəbbüsünü dəstəkləyəcək. Ekspert İlqar Məmmədov isə Azərbaycanın bu dəyişiklik siyasətində ciddi bir yer alacağına inanmır.

Müraciətin İranla bağlı hissəsinə də toxunan İlqar Məmmədov deyir ki, hələ Obama ilə Tehran arasında yaxınlaşmadan söhbət gedə bilməz. Ekspertin fikrincə ABŞ-İran münasibətlərində kəskinlik qalmaqdadır.

Vəfa Quluzadə isə fərqli fikirdədir. Onun sözlərinə görə, iran bugünə qədər Amerikadan yalnız hədə qorxu görsə də, Barak Obama İranın sülhpərvər nüvə proqramına malik olmasına etiraz etmədi. Bunun müsbət mesaj olduğunu bildirən ekspert İranın cavabını belə şərh edir.

Vefa Quluzadə sabir prezident Corc Buşun vaxtında Amerikada islam dünyasına qarşı ümumi münasibətin nisbətən mənfi olmasını irəli sürür. Bunu qəbuledilməz adlandıran ekspert bir milyardlıq kütləyə meydan oxumağın düzgün olmadığnı bildirir. Onun sözlərinə görə, islam aləmi ilə münasibətləri normallaşdırmaqla Barak Obama ilk növbədə Amerikaya xidmət edir.

XS
SM
MD
LG