Accessibility links

Obama iqtisadi stimullaşdırma planını sürətləndirir


ABŞ prezidenti Barak Obama deyib ki, Birləşmiş Ştatlarda daha az iş yerinin itirilməsi dünyanın ən inkişaf etmiş ölkəsinin iqtisadiyyatı üçün yaxşı işarə hesab edilə bilər.Lakin o hələ də iqtisadiyyatla bağlı narahatlıqların olduğunu deyib.

ABŞ-da işsizlik səviyyəsi son 25 ildə ən yüksək həddə çataraq, 9.4 faiz olub.Lakin hökumətin məlumatlarına görə, keçən ay 345 min iş yeri ixtisar edilib.Bu isə son 8 ayda ən aşağı göstəricidir.

Prezident Obama bildirib ki, bu, iqtisadiyyatın düz istiqamətdə inkişaf etdiyinə işarədir.


XS
SM
MD
LG