Accessibility links

Gürcüstanın Zuqdidi şəhərində bomba partlayışları baş verib


Gürcüstan rəsmilərinin bildiridyuinə görə ölkənin qərbində, separatçı Abxaziya region yaxınlığındakı Zuqdidi şəhərində baş verən üç bomba partlayışı bir nəfərin yaralanmasına səbəb olub. Gürcüstanın Daxili İşlər Nazirliyinin sözçüsü Şota Utiaşvili bomba patlayışlarının regionda gərginliyi artıqmaq məqsədi daşıdığını deyib. Rəsmilər bombalardan 2-nin Zuqdidi şəhərinin dəmir yol stansiyasında partladıldığını və nəticədə bir dəmir yol işçisinin yaralandığını, üçüncü bombanın isə şəhərin kənarında partladıldığını bildirmişlər.

XS
SM
MD
LG