Accessibility links

Səad Həriri Livanın baş naziri oldu


Livan prezidenti Mişel Süleyman parlamentdəki əksəriyyətin lideri Səad Həririni baş nazir təyin edib. Cənab Həririnin başçılıq etdiyi Qərbyönümlü partiya bu ayın əvvəllərində parlament üçün keçirilən seçkilərdə qələbə çalmışdı. O və Hizbullahın lideri Həsən Nəsrallah milli birlik hökumətinin təşkili məsələsində əməkdaşlıq edəcəklərinə söz veriblər. Lakin cənab Həriri deyib ki, o, Hizbullahın müttəfiqlərinə veto qoymaq hüququna icazə verməyəcək. İran və Suriyanın dəstəklədikləri Hizbullah koalisiyası parlament seçkilərində ikici yeri tutub.
XS
SM
MD
LG