Accessibility links

Angela Merkel: ‘Böyük Səkkizlik İrana ciddi mesaj göndərməlidir’


Almaniya kansleri Angela Merkel gələn həftə Böyük Səkkizliyin İtaliya sammiti zamanı insan hüquqlarının müdafiəsinin dəstəklənməsi məqsədi ilə İrana ciddi bri mesaj göndərilməsinə çağırıb. Parlament qarşısındakı çıxışı zamanı kansler Merkel Böyük Səkkizliyin nümayiş hüquqlarının insan haqlarından ayrılazlığını İrana çatdırmasının cavibliyini qeyd edib.

Angela Merkel deyib ki, İranla nüvə silahları məsələsinin müzakirəsi də yaddan çıxarılmamalıdır. Almaniya kansleri qurumun gələcək rolundan danışarkən Böyük Səkkziliyin dünya problemlərinə cavab verə bilmədiyini və forumun genişləndirilməsinə ehtiyac olduğunu deyib.

XS
SM
MD
LG