Accessibility links

Yəmən aviaşirkəti qara siyahıya salına bilər


Fransanın nəqliyyat naziri Yəmən hava yolları şirkətinə xəbərdarlıq edib ki, ötən həftə 152 adamın ölməsi ilə nəticələnmiş qəzaya görə şirkət Avropa Birliyinin qadağan edilmiş avialaynerlər siyahısına daxil edilə bilər. Dominik Büssero Fransa radiosuna söyləyib ki, o, Yəmən rəsmiləri ilə görüşündə şirkətin diqqətlə izlənildiyini və onların siyahıya düşməməsi üçün ciddi səy göstərmələrinin vacibliyini vurğulayacaq. Yemeniya Air uçuşu çərşənbə axşamı Hind Okeanı üzərində qəzaya uğrayıb.
XS
SM
MD
LG